BMW E60 necə maşındır?

Hazırda bazarda qiyməti 16 mindən başlayıb 30 minə qədər olan E60 BMW-nin ən qeyri-adi dizayna malik modellərindən biridir. Hətta, ilk vaxtlarda dizaynının uğursuz hesab edildiyi düşünülən e60 hazırda ən populyar maşınlardan biridir.

meqale.com bildirir ki, BMW-nin 5-ci seriyası 2003-cü ildən, 2010-cu ilədək e60 gövdəsində satışa təqdim olunub.

Sələfi e39, xələfi f10 modelidir.

Avtomobilin ən dözümlü modelləri N52b30 (530i) mühərriki ilə təchiz olunmuş e60lardır.

Avtomobildə iki dəfə dizayn dəyişikliyi edilib. 3 L həcmli mühərrikin benzin sərfiyyatı magistral yolda 7-8, qarışıq rejimdə 12-13-dür. Ehtiyat hissələri rahat tapılandır. Həm dinamikliyi, həm də komfortuna görə rəqiblərini üstələyir.

Qeyd edək ki, e60-ın M5 modelləri əfsanəvi V10 mühərriki ilə təmin olunub.