Ən dözümlü maşınlar açıqlandı - BMW 5-də, Mercedes 19-dadır
Amerikanın "Consumer Reports" jurnalı 2026-cı ilin avtomobil etibarlılığı reytinqini açıqlayıb.
meqale.com xəbər verir ki, reytinqə görə Toyota ən etibarlı marka seçilib. Markanın etibarlılıq xalı 66 bal təşkil edir.
İkinci və üçüncü yerləri Subaru (63 bal) və Lexus (60 bal) tutub. Top-10-a həmçinin Honda, BMW, Nissan, Acura, Buick, Tesla və Kia markaları daxil olub. Siyahının sonlarında isə Jeep, Ram və Rivian yerləşir.
1. Toyota: 66 2. Subaru: 63 3. Lexus: 60 4. Honda: 59 5. BMW: 58 6. Nissan: 57 7. Acura: 54 8. Buick: 51 9. Tesla: 50 10. Kia: 49 11. Ford: 48 12. Hyundai: 48 13. Audi: 44 14. Mazda: 43 15. Volvo: 42 16. Volkswagen: 42 17. Chevrolet: 42 18. Cadillac: 41 19. Mercedes-Benz: 41 20. Lincoln: 40 21. Genesis: 33 22. Chrysler: 31 23. GMC: 31 24. Jeep: 28 25. Ram: 26 26. Rivian: 24
Araşdırmaya əsasən, hibrid avtomobillər etibarlılıq baxımından yaxşı nəticələr göstərir. Elektrikli avtomobillər və plug-in hibridlər isə daha çox texniki problemlərlə üzləşir. Belə ki, ən etibarlı elektrik avtomobili Tesla Model Y, ən az etibarlı isə Rivian R1T hesab olunub.