BMW F30-u 1 milyon sürdü, görün nə oldu - FOTO

Sosial şəbəkədə BMW F30 (335d) ilə bağlı edilən paylaşım geniş müzakirələrə səbəb olub.

BMW F30-u 1 milyon sürdü, görün nə oldu - FOTO
Sosial şəbəkədə BMW F30 (335d) ilə bağlı edilən paylaşım geniş müzakirələrə səbəb olub.

meqale.com xəbər verir ki, illərlə dözümsüz olduğuna, yolda qoyduğuna dair iddialar səsləndirilən maşının sürücüsü dizel BMW F30 ilə 1 milyondan çox yol qət etdiyini elan edib.

Sürücü bildirib ki, 1 milyon kilometrlik yolun çox hissəsini avtomobilin arxasına qoşqular da əlavə etməklə sürüb.

Sürücünün dediyinə görə alətlər panelində görünən son rəqəm 621368 mil ( 999994 km ) olub. Ondan sonra rəqəm artmasa da, sürücü ümumilikdə 1 milyon 200 min kilometr yol qət edib.

Məlumat üçün bildirək ki, Azərbaycanda yol patrul əməkdaşlarının xüsusi xidmət avtomobilləri f30-dur. Onlar da gün ərzində 200-300 kilometr yol qət edir.

Qeyd edək ki, F30-un Azərbaycanda satış qiyməti buraxılış ilinə görə 28-36 min manatdır.