BYD-ni 25000 km eyni yağla sürdü, mühərrik görün nə hala düşdü - VİDEO

Keyfiyyəti problemləri ilə ad çıxaran "BYD" bu dəfə dözümlülüyü ilə müzakirə mövzusu olub.

BYD-ni 25000 km eyni yağla sürdü, mühərrik görün nə hala düşdü - VİDEO
Keyfiyyəti problemləri ilə ad çıxaran "BYD" bu dəfə dözümlülüyü ilə müzakirə mövzusu olub.

meqale.com xəbər verir ki, Bakıda ustalardan biri video paylaşaraq qeyd edib ki, 20 min kilometr yağı dəyişmədən sürülmüş BYD-nin mühərrikinə nəsə olmayıb, sadəcə "naqar" yaranıb.

Qeyd edək ki, avtomobildə yağın nə vaxt dəyişdirilməli olduğu mühərrikin növündən, sürmə tərzindən və istifadə olunan yağın keyfiyyətindən asılıdır. Tam sintetik yağ növü ən davamlı sayılır. Adətən səkkiz min kilometrdən on iki min kilometrədək məsafə ideal interval kimi göstərilir.

Şəhər içi tıxacda müddətli dayanma, qısa məsafələr, soyuq havada tez tez işə salma mühərriki daha çox yükləyir. Bu halda yağ dəyişmə intervalını bir qədər azaltmaq daha sağlam nəticə verə bilər. Mühərrikin yaşı və vəziyyəti də nəzərə alınmalıdır. Köhnə mühərriklər yağ dəyişimini daha tez tələb edə bilər.