BMW həvəskarlarına bəd xəbər

Alman avtomobil nəhəngləri çip çatışmazlığı səbəbindən istehsalı məhdudlaşdıra və ya dayandıra bilər.

BMW həvəskarlarına bəd xəbər
Alman avtomobil nəhəngləri çip çatışmazlığı səbəbindən istehsalı məhdudlaşdıra və ya dayandıra bilər.

meqale.com xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Volkswagen (VW), BMW, Mercedes və Audi kimi şirkətlər əsas komponentlərin təchizatında yaranmış problemlərlə üzləşib.

Problemin əsas səbəbi Niderlandın Nexperia şirkətinə tətbiq edilən ixrac məhdudiyyətləridir. Nexperia avtomobillərdə istifadə olunan çiplərin istehsalında mühüm rol oynayır. Volkswagen artıq Golf və Tiguan modellərinin istehsalını müvəqqəti dayandırıb. BMW və Mercedes-Benz də vəziyyəti izləyir, lakin hələ istehsalda ciddi dayanmalar qeydə alınmayıb.