Böcek ailəsi ilə bağlı kütləvi həbslər davam edir - "Otldə kilidli qalıblarmış..."

İstanbulun Fatih rayonunda Almaniyadan istirahətə gələn Böcek ailəsinin zəhərlənərək həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində otel sahibi və əməkdaş həbs olunub.

Böcek ailəsi ilə bağlı kütləvi həbslər davam edir -
İstanbulun Fatih rayonunda Almaniyadan istirahətə gələn Böcek ailəsinin zəhərlənərək həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində otel sahibi və əməkdaş həbs olunub.

meqale.com xəbər verir ki, Almaniyadan İstanbula səfər edən 4 nəfərlik Böcek ailəsi zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılmış, lakin bütün müdaxilələrə baxmayaraq həyatlarını itirmişdilər. Hadisə ilə bağlı İstanbul Cumhuriyyət Baş Prokurorluğunun verdiyi qərarla ümumilikdə 11 nəfər saxlanılıb, onlardan 8-i həbs olunub, 3 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıbı.

İstintaq çərçivəsində ifadə verən otel işçisi hadisə gecəsini belə izah edib:

"22:45 radələrində otele gəldim. Oteldə qusuntu qoxusu var idi. Saat 01:00-də qoxuya görə hava almaq üçün çölə çıxdım. Bir qədər sonra geri qayıtdım. 01:30-da yemək yemək üçün otelin qapısını kilidləyib yaxınlıqdakı kababçıya getdim. Qapını kilidləməkdə məqsədim otelə oğru girməsinin qarşısını almaq idi. Onsuz da giriş qapısında əlaqə nömrəsi və açarların masanın üzərində olduğu yazılıb. Aldığım yeməyi oteldəki qoxuya görə yan həyətdə yedim. Təxminən 15-20 dəqiqə sonra qayıdanda qapı önündə ambulans gördüm. Hadisələrlə heç bir əlaqəm yoxdur, özümü günahkar hesab etmirəm."

İfadədə yer alan məlumatlardan sonra hadisə gecəsinə aid görüntülər də ortaya çıxıb. Kadralarda ailə üzvlərinin oteldə kilidli qaldığı, xüsusilə ata Servet Böcekin kilidli giriş qapısını açmağa çalışdığı, bu anda isə qapı önündə ambulansın gözlədiyi görünür.