Boğulan yeniyetməni qəhrəmancasına xilas edərkən ölən Rəvanın FOTOsu - YENİLƏNİB

20:26 Novxanı-Pirşağı yolunun kənarındakı ictimai çimərlikdə boğularaq ölən şəxslərdən biri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçusu imiş.

Oxu.Az xəbər verir ki, 2003-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Rəvan Şahin oğlu Əliyev boğulmaqda olan 2 nəfəri xilas etməyə çalışıb.

O, 16 yaşlı Sənan Şamayevi dənizdən çıxarmağı bacarıb. Lakin, R.Əliyev digər yeniyetmə - 16 yaşlı Əli Elşən oğlu Cabbarovu xilas edərkən hər ikisi suda boğularaq həlak olub.

---------- 11:16 Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində boğulma hadisəsi baş verib.

meqale.com xəbər verir ki, 2 nəfər dənizdə boğularaq ölüb.

Artıq 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.