"Böyük şəhərdə seks"dəki ətək 12 minə hərraca çıxarılır
"Sex and the city" ("Böyük şəhərdə seks") serialında aktrisa Sara Cessika Parkerin canlandırdığı "Kerri Bredşou"nun ikonik ətəyi hərraca çıxarılıb.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, ətək 12 min dollar ilkin qiymət təklifi ilə satışa qoyulub.
Qeyd edək ki, hərrac 2024-cü il yanvarın 11-də keçiriləcək. Hərracda Uitni Hyuston, Audrey Hepbern və şahzadə Diananın əşyalarının satılmağı planlaşdırılır.