Braziliyada futbolçuları qəzəbləndirən şok QADAĞA

Braziliyada iki ayağı ilə topun üzərində dayanan futbolçuları cəzalandırmaq təklif olunub.

Braziliyada futbolçuları qəzəbləndirən şok QADAĞA
Braziliyada iki ayağı ilə topun üzərində dayanan futbolçuları cəzalandırmaq təklif olunub.

meqale.com  xəbər verir ki, Braziliya Futbol Konfederasiyası (CBF) qərarını oyunçuların zədələnmə riski və rəqiblərin təxribatı ilə izah edir.

Futbol rəsmilərinin bu qərarı Braziliya çempionatının ulduzlarını qəzəbləndirib.

Bundan əvvəl CBF Braziliya milli liqasının bütün klublarını məlumatlandırmışdı ki, futbolçular buna görə sarı vərəqə alacaq, rəqib komanda isə cərimə zərbəsi hüququna malik olacaq:

"Hər iki ayaqla topun üzərində dayanmaq zədə riskini artırmaqla yanaşı, oyunun gedişatında müəyyən pozuntular da yaradır. Bu cür hərəkət həm də rəqibə qarşı təxribat və oyuna hörmətsizlik kimi qiymətləndirilir".

Funksionerlərin qərarı hazırda "Santos" komandasının kapitanı olan məşhur hücumçu Neymarı sevindirməyib.

"Futbol getdikcə darıxdırıcı olur", deyə Neymar bildirib.

Hollandiya millisinin və "Korintians" klubunun liderlərindən biri Memfis Depay da CBF-nin qərarı ilə razılaşmadığını bildirib.

O, yerli federasiyaya xüsusi mesaj göndərib.