Britaniya baş naziri də Trampa zəng etdi
Böyük Britaniya Baş naziri Keyr Starmer sui-qəsd cəhdinə məruz qalan ABŞ-ın keçmiş prezidenti Donald Trampa telefon danışığı aparıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə baş nazirin aparatının məlumatında deyilir.
"Baş nazir mitinqdə baş verən hücumdan sonra sonra prezident Trampla danışıb. Baş nazir zorakılığı pisləyib, həlak olanlara və onların ailələrinə başsağlığı verib, eks-prezidentə və bütün zərər çəkənlərin tezliklə sağalmasını arzulayıb", - deyə bildirilib.