Britaniya lazer silahını döyüş maşınında sınadı

Böyük Britaniyada ilk dəfə olaraq döyüş maşınına quraşdırılmış lazer silahı sınaqdan keçirilib.

Britaniya lazer silahını döyüş maşınında sınadı
Böyük Britaniyada ilk dəfə olaraq döyüş maşınına quraşdırılmış lazer silahı sınaqdan keçirilib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, silah 1 km-dən çox məsafədə olan hədəfləri zərərsizləşdirə bilib.

Sınaqların növbəti mərhələsi bu ilin sonunda keçiriləcək.

Bundan əvvəl Britaniya ordusunun "DragonFire" uzaqmənzilli lazer silahını sınaqdan keçirdiyi barədə məlumat verilmişdi. Kompleks Şotlandiya yaxınlığındakı Hebrid adalarında bir neçə hava hədəfini vurub.