Türkiyənin daha iki əyalətində meşə yanğını başlayıb
Türkiyənin Mersin və Osmaniye əyalətlərində meşə yanğını başlayıb.
meqale.com Trend-ə istinadən bildirir ki, Mersinin Gülnar rayonunda başlayan yanğını səbəbi hələlik məlum deyil.
Yanğının söndürülüməsinə 3 helikopter cəlb edilib.
Osmaniyenin Düziçi rayonunda başlayan yanğının səbəbi bilinmir.
Burada yanğının söndürülməsinə 1 helikopter cəlb edilib.
Hər iki əyalətdə yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
Xatırladaq ki, daha əvvəl Türkiyənin Hatay əyalətinin Belen rayonunda meşə yanğını başlayıb.