Britaniya Rusiya hərbi attaşesini ölkədən çıxardı - YENİLƏNİB

18:37

Britaniya Rusiya hərbi attaşesini ölkədən çıxardı - YENİLƏNİB
18:37

Böyük Britaniya Rusiyanın bu ölkədəki hərbi attaşesi, polkovnik Maksim Yeloviki ölkədən çıxarıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Britaniya müdafiə naziri Qrant Şaps "X" paylaşımında bildirib.

--------- 17:41 Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracağını, bəzi daşınmaz əmlakların diplomatik statusunu ləğv edəcəyini və Rusiya ilə diplomatik vizaların müddətini məhdudlaşdıracağını bildirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın Britaniya və Avropadakı mənfi fəaliyyətinə cavab addımıdır:

"Hərbi kəşfiyyatçı olan və statusunu açıqlamayan Rusiya hərbi attaşesini göndərəcəyik. Böyük Britaniyada Rusiya ilə əlaqəli bir sıra mülklərin, diplomatik binaların statusunu ləğv edəcəyik. Rusiya diplomatik vizalarına yeni məhdudiyyətlər qoyuruq, o cümlədən rus diplomatlarının Böyük Britaniyada qalma müddətini məhdudlaşdırırıq".