Britaniyanı “nüvə silahı olan islamçı ölkə” adlandırdı
ABŞ-nin sabiq prezidenti Donald Trampın vitse-prezidentliyə namizədi Cey Di Vens Böyük Britaniyanı "nüvə silahı olan islamçı ölkə" adlandırıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, çıxışı zamanı əsl islamçı ölkənin Britaniya olduğunu deyib:
"Mən dostumla nüvə silahına sahib olan ən böyük islamçı ölkənin hansı olacağından danışırdım. İranın, Pakistanın adı çəkildi, sonra biz nəhayət bunun Böyük Britaniya olduğuna qərar verdik.
Çünki Leyboristlər hökumətinin seçilməsi Böyük Britaniyanın "nüvə silahı əldə edən ilk həqiqi İslamçı ölkə" olması demək idi".