"Bu, etimad mövcudluğu istiqamətində ciddi naliyyətdir"
Ötən həftə Azərbaycan Prezident Administrasiyası və Ermənistan baş nazirnin ofisi tərəfindən verilən birgə bəyanat etimad mövcudluğu istiqamətində ciddi naliyyətdir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, sərhədlərin delimitasiyasının müzakirəsi, əsirlərin dəyişdirilməsi də bu istiqamətdə atılan vacib addımlardır.
"Noyabrın sonunda Ermənistan sülh müqaviləsi ilə bağlı təkliflər paketini təqdim etmişdi, burada bəlli irəliləyiş müşahidə olunur, Azərbaycan bu təkliflərin üzərində işləyir. Bütün faktorları nəzərə alaraq nikbinlik var, amma hər hansı bir vaxt səsləndirmək istəməzdim. Hesab edirəm ki, biz bu prosesi irəli apara bilərik. Azərbaycanın yanaşması aydındır və biz bunu dəfələrlə bəyan etmişik", - deyə o, əlavə edib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun