Bu gün nişanı olacaqdı, saxlanıldı - FOTO
Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən irimiqyaslı narkotik əməliyyatı zamanı çox sayda tanınmış sima saxlanılıb.
meqale.com xəbər verir ki, İstanbul İl Jandarma Komandanlığının həyata keçirdiyi əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə aparılıb. Saxlanılanlar arasında İrem Derici, Hadisə, Demet Evgar, Berrak Tüzünataç, Dilan Polat kimi məşhur adlar da var.
Əldə edilən məlumata görə, İrem Derici bu gün sevgilisi DJ Melih Kunukçu ilə nişan mərasimi keçirməyə hazırlaşırdı. Lakin səhər saatlarında Fulyadakı evinə gələn jandarma əməkdaşları tərəfindən saxlanılıb.