Bu, III Dünya müharibəsinin başlanğıcı olacaq - Fitso
Slovakiya hökumətində çoxluq təşkil edən partiyanın Ukraynanın NATO-ya üzvlüyü ilə razılaşmaması təəccüblü deyil. Çünki bu, III Dünya müharibəsinin başlanğıcı olacaq.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso deyib.
R.Fitso bunun heç vaxt baş verməyəcəyinə inandığını söyləyib.
Bundan əlavə, o, Ukraynanın AB-yə daxil olması üçün illər lazım olacağını bildirib və belə bir qərarın əleyhinə olmadığını vurğulayıb.