Bu il 22 ölkəyə 15 mlrd. dollar dəyərində neft ixrac edilib - REYTİNQ
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 659 021,44 min ABŞ dolları dəyərində 10 444 269,48 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
meqale.com-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 379 801,81 min dollar dəyərində 2 244 613,64 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 917 928,25 min dollar 1 506 660,3 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 15 099 942,85 min dollarlıq 24 199 455,59 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (dəyərinə görə) təqdim edirik:
№
Ölkələr
Statistik dəyər (min ABŞ dolları)
Miqdar (ton)
-
Cəmi
15 099 942.85
24 199 455.59
1
İtaliya
6 659 021.44
10 444 269.48
2
İsrail
1 379 801.81
2 244 613.64
3
Hindistan
917 928.25
1 506 660.30
4
Almaniya
758 962.89
1 160 873.93
5
İspaniya
700 578.65
1 114 184.47
6
Çexiya
682 886.68
1 135 964.61
7
Türkiyə
661 525.65
1 172 891.35
8
Xorvatiya
534 992.79
891 702.67
9
Böyük Britaniya
432 278.59
691 038.87
10
Yunanıstan
403 274.26
656 521.80
11
İrlandiya
366 641.18
630 056.20
12
Vyetnam
345 490.87
554 367.23
13
Rumıniya
344 681.56
562 404.67
14
Portuqaliya
242 643.31
366 705.80
15
Avstriya
152 155.74
266 568.71
16
İndoneziya
150 210.69
221 084.92
17
Fransa
118 639.77
199 006.72
18
Sinqapur
87 786.40
138 338.45
19
Tunis
71 938.82
106 274.64
20
Malayziya
34 012.69
48 042.55
21
Avstraliya
28 392.28
39 196.58
22
Tailand
26 098.53
48 688.02