Bu kəndə köçənlərə dövlət 43 min verir - FOTO
Kənd rəhbərliyinin həyata keçirdiyi proqram çərçivəsində Albinendə məskunlaşan hər bir yetkin şəxsə 20 min İsveçrə frankı (təxminən 43 min manat), hər uşağa isə əlavə olaraq 10 min frank verilir.
meqale.com İsveçrə hökumətinin niyə insanlara Albinen kəndinə köçmək üçün pul ödədiyini araşdırıb:
Belə ki, şəhər yavaş-yavaş əhalisini itirir və iqtisadiyyatı təhlükə altındadır. Gözəlliyinə baxmayaraq, Albinen şəhəri hazırda əhalinin azalması ilə üzləşir. Evlərin əksəriyyəti ya mövsümi olaraq istifadə olunur, ya da boşdur. Bu, əsasən kəndin ucqar yerləşməsi ilə əlaqədardır, yəni ərazidə əmək bazarı praktik olaraq mövcud deyil. Albinendə hazırda 250-dən az sakin yaşayır ki, bu da onun iqtisadiyyatına mənfi təsir göstərə bilər.
Məhz buna görə də İsveçrə hökuməti buraya köçmək üçün insanlara pul ödəmək qərarına gəlib.