Bu, Kiyevə açıq şəkildə deyilməli idi - ABŞ Prezidentinin keçmiş köməkçisi
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövzuya aydınlıq gətirib.
meqale.com Trend-ə istinadən bildirir ki, C.Bolton bildirib ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı yüksək səviyyəli danışıqlar vaxt itkisidir.
"Bu, yalnız Rusiyaya alyansda birliyin olmaması barədə yanlış siqnal verir", - deyə o bildirib.
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi açıqlamasının ardında qeyd edib:
"Biz bir neçə ay əvvəl Ukraynaya deməliydik: "Bu məsələni qaldırmayın". Bu, Vaşinqton müqaviləsinə əsaslanan siyasətdir. 5-ci maddədə deyilir ki, birinə (NATO üzvünə) hücum hamıya hücumdur. NATO heç vaxt müharibə vəziyyətində olan ölkələri qəbul etməyib, çünki bu, qaçılmaz olaraq alyansın bütün digər üzvlərinin müharibə vəziyyətində olması deməkdir".