Bu maaşla gənclərimizi elmə gətirmək istəyirik? - Deputat

AMEA-da çalışan elmi işçi vəzifəsində çalışan gənc alimlər müxtəlif dərəcələrlə 400 manatdan bir az çox əməkhaqqı alır. Halbuki ölkədə bu il üçün nominal orta aylıq əməkhaqqı 925,3 manat, paytaxtda isə orta aylıq nominal əməkhaqqı 1000 manatdan yuxarı təşkil edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Əziz Ələkbərov deyib.

O qeyd edib ki, yəni paytaxtda yaşayan alim orta aylıq əməkhaqqının 1/3-i qədər maaş alır.

"Doğrudanmı, bu maaşla gənclərimizi elmə gətirmək istəyirik?! Doğrudanmı, güman edirik ki, bu qədər əməkhaqqı ilə alim elmlə məşğul olacaq?!", - deyə o qeyd edib.

Ə.Ələkbərov, eyni zamanda, elmi dərəcəsi olanlar üçün nəzərdə tutulan vəsaitin az olmasına da toxunub.