Bu marşrutların hərəkət sxemi dəyişdirildi

Bakıda 199 və M8 nömrəli müntəzəm avtobus marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu marşrutların hərəkət sxemi dəyişdirildi
Bakıda 199 və M8 nömrəli müntəzəm avtobus marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 2-5 avqust tarixlərində Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Fətəlixan Xoyski küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.