Bu məhsul 10 manat bahalaşdı
Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.
meqale.com Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olaraq isə balıqların qiyməti 7 manatdan başlayır.
Balıq ticarəti ilə məşğul olan İlkin Novruzov deyir ki, satışda olan dəniz məhsullarının 80%-i yerli məhsullardır. Xaricdən gələn balıqlara da tələbat var. Əvvəlki illərlə müqayisədə balıq mövsümündə məhsul kifayət qədərdir.
Qiymətlə gəlincə mütəxəssis deyir ki, indi məhsula tələbat çoxdur və qiymətlər bazara uyğunlaşdırılır.