Bu məsələlər üzrə həmrəylik nümayiş etdirə bilərik - Tokayev

COP29-da iqlim gündəliyində duran məsələlər üzrə həmrəylik nümayiş etdirə bilərik.

Bu məsələlər üzrə həmrəylik nümayiş etdirə bilərik - Tokayev
COP29-da iqlim gündəliyində duran məsələlər üzrə həmrəylik nümayiş etdirə bilərik.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada "ŞƏT+" formatında keçirilən iclasda deyib.

"Bu reallıqlarda ekologiya və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq xüsusi aktuallıq kəsb edir. Bu sahədə vəziyyət ciddi narahatlıq doğurur. Demək olar ki, bütün dövlətlərə böyük ziyan vuran müxtəlif təbii fəlakətlərin əhəmiyyətli dərəcədə artdığının şahidi olduq. Bu yaxınlarda Qazaxıstan misli görünməmiş daşqınların nəticələrini yaşadı. Ekspertlərin fikrincə, bu təbii fəlakətin miqyası birbaşa olaraq qlobal istiləşmə prosesi ilə bağlıdır. Aydındır ki, təkbaşına iqlim problemlərinin öhdəsindən gəlmək mümkün deyil", - o deyib.

Tokayevin fikrincə, dünya birliyi bütün dövlətlərin mühüm inkişaf məsələləri və modernləşdirilməsinə xələl gətirmədən iqtisadiyyatın dekarbonizasiyası istiqamətində qətiyyətli kursu davam etdirməlidir.