Bu nazirliklər Ağdama və Gəncəyə köçürülə bilər

Bakının Baş Planının təsdiq olunması vacib məslədir. Milli Məclisdə dəfələrlə bu məsləyə toxunmuşuq.

Bu nazirliklər Ağdama və Gəncəyə köçürülə bilər
Bakının Baş Planının təsdiq olunması vacib məslədir. Milli Məclisdə dəfələrlə bu məsləyə toxunmuşuq.

meqale.com bildirir ki, bu sözləri Axar.az-a Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı haqda danışan millət vəkili Vahid Əhmədov deyib.

Millət vəkili bildirib ki, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri Bakıdan köçürülməlidir:

"Bu nazirliklər rayonlarla işləyirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyini Gəncə şəhərinə köçürmək olar. Bir ara Kənd Təsərrüfatı Nazirliyini Ağdam rayonuna köçürmək məsələsi var idi, bu da məqbul variantdır".