Bu obraza görə saatlarla asılı vəziyyətdə qaldı - VİDEO - FOTO
Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" mahnısını və klipini bir neçə gün əvvəl təqdim edib.
meqale.com bildirir ki, axşam.az-ın məlumatına görə, Pop kraliça bu dəfə klipdən kadrarxası məqamları bölüşüb. Müğənni ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb.
Obrazı yaratmaq üçün uzun hörüklərdən istifadə edilib. Həmin kadrlar çəkilən zaman Kazımovanın saçları saatlarla asılı vəziyyətdə qalıb. Meduza Qorqona obrazını xatırladan görünüş ekran işində ən yaddaqalan nüanslardan olub.
Qeyd edək ki, DMC musiqi şirkəti imzası ilə işıq üzü görən klip iki gün içində yutubda trendə düşüb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun