Bu ölkə Ukrayna ilə diplomatik əlaqələrini kəsdi

Malinin keçid hökuməti Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Bu ölkə Ukrayna ilə diplomatik əlaqələrini kəsdi
Malinin keçid hökuməti Ukrayna ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Mali hakimiyyətinin "aBamaco" portalında yayımlanan bəyanatında bildirilib.

Qərar Ukraynanın iyulun sonunda Mali hökumət qoşunlarının və onların tərəfində döyüşən "Vaqner" silahlılarının kolonuna hücum edən Tuareq qəbiləsindən olan üsyançılara dəstəyin verilməsi ilə əlaqədar qəbul edilib. Mali hakimiyyəti hesab edir ki, Ukraynanın hərəkətləri ölkənin suverenliyini pozur və beynəlxalq terrorizmi dəstəkləyir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun