Bu ölkədə güclü partlayış - 3 ölü, 70 yaralı
Meksikada baş verən güclü partlayış insan tələfatı ilə nəticələnib.
meqale.com xəbər verir ki, bu barədə paytaxt meri Klara Bruqada özünün "X" hesabında yazıb.
Qaz daşıyan avtosisternin partlaması zamanı 3 nəfər həyatını itirib, 70 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə barədə məlumatı paytaxt meri Klara Bruqada "X" sosial şəbəkəsində paylaşaraq təsdiqləyib:
"Hazırda 70 nəfərin yaralandığı, təəssüf ki, 3 nəfərin isə həlak olduğu məlumdur", - deyə o bildirib.