Bu ölkədə vəzifəli şəxslərin şəxsi məlumatları internetə sızdı

ABŞ prezidenti Donald Trampın ən yaxın müşavirlərindən bəzilərinin məlumatları internetə sızıb.

Bu ölkədə vəzifəli şəxslərin şəxsi məlumatları internetə sızdı

Hesabata ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard və müdafiə naziri Pit Heqset də daxil edilib.

Bildirilib ki,onların internetdə açıq şəkildə telefon nömrələri, e-poçt ünvanları və hətta parollarını tapmaq mümkündür.

Bu məlumatlar Ağ Evin yüksək rütbəli məmurlarının Yəməndəki Husilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatlarını müzakirə etdiyi vaxtda açıqlanıb.

Qeyd edilib ki, ABŞ-nin The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq, yanlışlıqla “Signal” qrupuna əlavə edilib və burada Yəməndəki Hutilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatları yüksək təhlükəsizlik rəsmiləri tərəfindən müzakirə edilib.