Bu ölkədən süni intellekt üçün 109 milyard AVRO
Fransa növbəti illərdə süni intellekt sahəsinə 109 milyard avro sərmayə yatıracaq.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumatı ölkə Prezidenti Emmanuel Makron "France 2"yə müsahibəsində açıqlayıb.
O bildirib ki, bu investisiya ABŞ-nin "Stargate" layihəsinə ekvivalent olacaq.
Həmçinin Makron qeyd edib ki, bu gün Fransada süni intellekt sahəsində təhsil alan təxminən 40 min gənc var və həmin rəqəmin 100 minə çatdırılması planlaşdırılır.