Bu qərarı Ukrayna özü verməlidir - ABŞ

Ukrayna tərəfi hərbi əməliyyatların xarakteri ilə bağlı müstəqil qərar qəbul etməlidir.

Bu qərarı Ukrayna özü verməlidir - ABŞ
Ukrayna tərəfi hərbi əməliyyatların xarakteri ilə bağlı müstəqil qərar qəbul etməlidir.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel deyib.

"Nəhayət, Ukraynanın hərbi əməliyyatları necə aparacağına dair qərarları Ukraynanın özü verməlidir", - deyə Patel vurğulayıb.

Patel həmçinin iddia edib ki, ABŞ-ın Ukraynadan Rusiya ərazisinin dərinliklərinə endirilməsi ilə bağlı Vaşinqtonun mövqeyi dəyişməyib:

"Amerikanın transsərhəd zərbələri ilə bağlı siyasətində heç nə dəyişməyib".