Bu şəhidin adı qardaşının yeni doğulan körpəsinə verildi - FOTO

Biləsuvar rayonunda şəhid Əmrah Xəlilzadənin qardaşının oğul övladı anadan olub.

Bu şəhidin adı qardaşının yeni doğulan körpəsinə verildi - FOTO
Biləsuvar rayonunda şəhid Əmrah Xəlilzadənin qardaşının oğul övladı anadan olub.

meqale.com xəbər verir ki, yeni doğulan körpəyə şəhid əmisi Əmrahın adı verilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Əmrah İnqilab oğlu Xəlilzadə 1 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. Biləsuvar şəhər 6 saylı tam orta məktəbində orta təhsilini alıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmət qulluqçusu Əmrah Xəlilzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda başlayan Vətən müharibəsində iştirak edib, Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.