Bu şəxslərə ƏDV-nin 30%-i geri qaytarılır

2022-ci ildən etibarən həm evlərin, həm də obyektlərin alınması zamanı ödənilmiş ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır. Amma bir şərtlə ki, mənzil alan şəxsin bank hesabından tikinti şirkətinin bank hesabına köçürmə yolu ilə nağdsız hesablaşma olsun. Yəni burada mütləq şəkildə nağdsız hesablaşma olmalıdır.

meqale.com xəbər verir ki, bunu Bakupost.az-a iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

O qeyd edib ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 faizi vətəndaşa geri qaytarılır. Hər hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda şamil olunmur.

Ekspertin sözlərinə görə, bəzən vətəndaşlar nağdsız ödəniş dedikdə bu prosesi market alış-verişi zamanı qaytarılan ƏDV ilə qarışdırırlar: