Bu, son on ildə gördüyümüz ən yüksək rəqəmdir - Hüqo Qevara

Azərbaycanlı tələbələrin beynəlxalq təhsilləri üçün ABŞ-ni əsas istiqamət kimi seçməkdə davam etmələri bizi sevindirir.

Bu, son on ildə gördüyümüz ən yüksək rəqəmdir - Hüqo Qevara
Azərbaycanlı tələbələrin beynəlxalq təhsilləri üçün ABŞ-ni əsas istiqamət kimi seçməkdə davam etmələri bizi sevindirir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, keçən il ABŞ-nin ali təhsil müəssisələrində 900-dən çox azərbaycanlı tələbə var idi.

"Bu, əvvəlki illə müqayisədə 25%-dən, COVID-in bitməsindən sonra isə 60%-dən çoxdur. Bu, həqiqətən də, bizi ruhlandırır. Bu, son on ildə gördüyümüz ən yüksək rəqəmdir. Düşünürəm ki, bu, azərbaycanlıların ABŞ-də təhsil almağa, həmçinin, təhsilin keyfiyyətinə olan marağından xəbər verir.

Azərbaycanda bizim yardım agentliklərimiz vasitəsilə çoxlu layihələrimiz var. Tələbələrin ABŞ-də təhsillərini daha yüksək səviyyədə davam etdirmək üçün geniş imkanlar mövcuddur. ABŞ çoxlu imkanlar təklif edir.

Kiçik şəhərlərdə, böyük şəhərlərdə 5000-dən çox universitet və kollec var ki, onlar, həqiqətən, hər cür fürsəti təklif edirlər. Ona görə də hesab edirəm ki, ABŞ-nin təklif etdiyi imkanlardan biri istənilən sahədə yüksək keyfiyyətli təhsildir ki, bu da, düşünürəm ki, bizi azərbaycanlı tələbələr üçün cəlbedici edir", - deyə o qeyd edib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarında təhsil almağa maraqlı olan orta məktəb şagirdləri və universitet tələbələri, eləcə də onların valideynləri üçün "EducationUSA" məzun sərgisi təşkil olunub. Sərgi ABŞ-nin Bakıdakı səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib.