Bu subyektlərə maliyyə sanksiyası tətbiq ediləcək
Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində təbii inhisar subyektləri üçün xüsusi maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Rəqabət Məcəlləsinin müzakirəsi zaman deyib.
Onun sözlərinə görə, maliyyə sanksiyalarından azadolmalar və güzəştlər, eləcə də, maliyyə sanksiyalarını yüngülləşdirən və ağırlaşdıran amillər müəyyənləşəcək.
Həmçinin, maliyyə sanksiyalarının dövlət büdcəsinə ödənilməsi təmin ediləcək.