Bu tələbələrə güzəştlər ediləcək
"Qarabağ Universiteti vacib layihədir. Həm hər bir azərbaycanlı, həm də azərbaycanlı təhsil işçisi üçün qürur mənbəyi olan layihədir. Burada texniki və menecment baxımından təxminən 10 ay ərzində bir ali təhsil müəssisəsini qurmaqdan danışırıq".
meqale.com APA-ya istinadən bildirir ki, bunu REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib. O deyib ki, 10 ay ərzində ali təhsil müəssisəsi qurmaq çoxambissiyalı məqsəddir:
"İnanıram ki, bunun öhtəsindən gələ biləcəyik. Hazırda hər şey plana uyğun gedir, plandan geri qalmırıq. İşlərimiz bir neçə istiqamətdə gedir. Böyük bir istiqamət infrastrukturu hazırlıq səviyyəsinə gətirib çıxarmaqdır. Bilirsiniz ki, Qarabağ Universitetində həm yataqxana, həm tədris binaları müəyyən edilib. Tələbələrin asudə vaxtını keçirməsi üçün də əsaslı şəkildə işlər görürük. 800-1000 tələbənin Qarabağ Universitetində ali təhsilə başlaması özü-özlüyündə əla nəticədir. Bu il Universitetə qəbul mümkün olmalıdır, sentyabrın 15-də təxminən 1000 tələbənin orada olmasını hədəfləyirik. Amma burada kəmiyyətlə bərabər keyfiyyət də önəmlidir. İstəyimiz budur ki, həqiqətən də gənclərimiz Qarabağ Universitetinin mənəvi qürur mənbəyi elementini də anlasınlar. Eyni zamanda, Qarabağ Universitetinə keyfiyyətli təhsil almaq üçün ən yüksək nəticə göstərən tələbələr gəlsin".
Nazir qeyd edib ki, artıq qəbul planı artıq var, 6 fakültə üzrə işlər planlaşdırılır: