Bu, Ukrayna ilə bağlı strategiyamızdır - ABŞ

Ukraynaya tədarük edilən silah növlərinin artırılması Vaşinqtonun Kiyevin təhlükəsizlik ehtiyaclarını qarşılayan strategiyasıdır.

Bu, Ukrayna ilə bağlı strategiyamızdır - ABŞ
Ukraynaya tədarük edilən silah növlərinin artırılması Vaşinqtonun Kiyevin təhlükəsizlik ehtiyaclarını qarşılayan strategiyasıdır.

meqale.com Axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

"Ukraynalı partnyorlarımızın ehtiyac duyduğu texnologiya və silah növləri ilə bağlı müttəfiq və tərəfdaşlarımızla yaxın koordinasiyada müzakirələr aparırıq. Bu, Ukraynanın təhlükəsizliyini dəstəkləməyə yönəlik strategiyamızdır", - deyə department rəsmisi bildirib.