Bu universitet 400 min manatlıq avtonəqliyyat vasitələri alır

Naxçıvan Dövlət Universiteti (NDU) yeni avtonəqliyyat vasitələri alır.

Bu universitet 400 min manatlıq avtonəqliyyat vasitələri alır
Naxçıvan Dövlət Universiteti (NDU) yeni avtonəqliyyat vasitələri alır.

Trend-in əldə etdiyi məlumata görə, NDU artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, universitet 10 tonluq su tankeri və 18+1 yerlik VİP nəqliyyat vasitəsini almağı planlaşdırır.

NDU hazırda nəqliyyat vasitələrini sifariş verəcək şirkət axtarışındadır.

Universitet sözügedən avtonəqliyyat vasitələrini təhvil verəcək şirkətə təqribən 398 500 manat ödəməyi nəzərdə tutub.