Bu universitetin tələbələrinin 2 diplomu olacaq
Türkiyə-Azərbaycan Universitetinin (TAU) tələbələrinin ali məktəbi bitirdikdə iki diplomları olacaq.
                        meqale.com xəbər verir ki, bunu Report-a müsahibəsində Hacettepe Universitetinin rektoru professor Mehmet Cahid Güran deyib.
Qeyd edək ki, TAU-da qida mühəndisliyi ixtisasında Hacettepe Universitetinin təhsil proqramları əsas götürüləcək.
Onun sözlərinə görə, qarşılıqlı şəkildə diplomlar hər iki ölkədə tanınacaq.
"Həmin məzunların Türkiyədə YÖK-ün diplom tanınma prosesindən keçməsinə ehtiyac qalmayacaq", - rektor deyib.