Bu VAZ-2109 "Porsche"dən baha satılır - SƏBƏB - FOTO

Rusiyada VAZ-2109 modeli sıfır kilometr vəziyyətdə 15 milyon rubl (284.6 min manat) qiymətinə satışa çıxarılıb.

Bu VAZ-2109
Rusiyada VAZ-2109 modeli sıfır kilometr vəziyyətdə 15 milyon rubl (284.6 min manat) qiymətinə satışa çıxarılıb.

meqale.com xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" xəbər verir.

"Bu, aşağı panelə malik olan ixrac variantıdır, lakin əsas məqam bu deyil. Avtomobilin salonunda, zavodda qəbulu həyata keçirən şəxs istisna olmaqla, heç kim oturmayıb: qapılarda, o cümlədən beşinci qapıda plomblar var", - deyə portal bildirir.

Avtomobil 1.3 litr həcmində, 64 at gücündə mühərrik və beş pilləli mexaniki sürət qutusu ilə təchiz edilib.