"Bu xarakterə görə oyunçularımla fəxr edirəm" - Sautqeyt

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün 1/8 finalında Slovakiyaya qalib gəldikləri matçı (2:1) şərh edib.

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün 1/8 finalında Slovakiyaya qalib gəldikləri matçı (2:1) şərh edib.

meqale.com xəbər verir ki, o, hesabda geri düşmələrinə baxmayaraq qələbəyə sona qədər inandıqlarını bildirib:

"Oyunçularımın bu gün göstərdikləri xarakterə görə onlarla çox fəxr edirəm. Meydana çıxan bütün futbolçular öz işini gördü və bu maneəni dəf etməyimizə kömək etdilər. Bu oyunçular bu gün olduğu kimi həmişə bir-birini irəli aparır, bir-birlərinə kömək edirdilər və bu, nəticə verdi.

Sona qədər məndə belə bir hiss var idi ki, matçın nəticəsi müəyyən edilməyib və bilirəm ki, indi bu, gülməli səslənir, amma biz sona qədər inandıq".