Bu yol 1 sutkadan çox bağlı olacaq

Bakının Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

meqale.com xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət oktyabrın 11-i saat 08:00-dan oktyabrın 12-si saat 24:00-dək tətbiq olunacaq.

Buna səbəb sözügedən yolda aparılacaq təmir işləridir.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.