Bundesliqa klubu baş məşqçisini qovdu
Almaniyanın "Köln" klubu baş məşqçisi Şteffen Baumqartla vidalaşıb.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanın uğursuz çıxışlarına görə almaniyalı mütəxəssisin 2025-ci ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. "Köln" hazırda 10 xalla Bundesliqada turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda son 9 rəsmi matçda cəmi 1, ümumilikdə isə bu mövsüm 2 qələbə qazanıb.
Baumqart 2021-ci ildən "Köln"ü çalışdırırdı.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun