"Bütün qoca deputatlara can sağlığı arzulayıram"

"Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram". meqale.com bildirir ki, bu sözləri Manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib.

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını bildirib: "İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur" Müxbirin "Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?" sualına Abid Şərifovun cavabı belə olub: "Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacam. Bütün qoca deputatlara cansağlığı arzulayıram. Onlara uğurlar diləyirəm".