Buza görə bağlanan yol açıldı - yenilənib
08:12
Bakı Beynəlxalq Avtovağzalının qarşısından Bakı Dairəvi Avtomobil Yolu - Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət ləğv edilib.
meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sürücülərə hava şəraitini nəzərə alaraq sürət həddini uyğun tənzimləmələri, ötmə və qəfil manevrlərdən çəkinmələri tövsiyə olunur. Həmçinin təcrübəsi az olan sürücülərə buzlu yollarda avtomobil idarə etməmələri məsləhət görülür.
------------- 23:25 Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından, Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.