“Çağırışlarımıza əməl etməsələr...” - Ərdoğandan xəbərdarlıq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.
"Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək", - Türkiyə lideri bildirib.
Ərdoğan vurğulayıb ki, regiondakı yüzillik oyun pozulub: "Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur".