Çapay Məmmədova yüksək vəzifə verildi

Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

Çapay Məmmədova yüksək vəzifə verildi
Elm və Təhsil Nazirliyində yeni təyinat olub.

meqale.com xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çapay Məmmədov nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edilir ki, Çapay Məmmədov psixologiya və idarəetmə ixtisası üzrə bakalavr, biznesin təşkili və idarəolunması ixtisası üzrə isə magistr təhsili alıb.

O, bundan öncə nazirliyin İnsan resursları şöbəsinin müdiri kimi fəaliyyət göstərib.