Cavid Musayev: Azərbaycan ilə Türkiyə informasiya məkanında biri-birinə dəstək olan dost və qardaş ölkələrdir

Şuşa Qlobal Media Forumu çərçivəsində Trend Beynəlxalq İnformasiya Agentliyi ilə Türkiyənin nüfuzlu media qurumu Demirören İnformasiya Agentliyinin (DHA) birgə layihəsi olan "www.dhapress.com"un təqdimatı həyata keçirilib.

Layihənin üstünlüklərindən biri odur ki, ilk dəfə olaraq Azərbaycan xəbər lenti Türkiyənin nəhəng media portalında yerləşdirilir.

meqale.com Trend-ə istinadən bildirir ki, təqdimat mərasimində Trend BiA və DHA informasiya agentliyinin rəhbər heyəti, rəsmi şəxslər, xarici və yerli media nümayəndələri iştirak edib.

Açılış zamanı çıxış edən Trend BİA-ın direktor müavini Sahil Kərimli bildirib ki, Trend Beynəlxalq İnformasiya Agentliyi daim beynəlxalq əməkdaşlığı genişləndirir, xüsusilə də qardaş Türkiyə ilə media sahəsində işbirliyinə böyük önəm verir.