Çəkiliş zamanı aktyorlar arasında dava düşdü - Aktyor hücum çəkdi - FOTO

Məşhur "Qara Ürək" (Siyah Kalp) serialının çəkiliş meydançasında gərgin anlar yaşanıb.

Çəkiliş zamanı aktyorlar arasında dava düşdü - Aktyor hücum çəkdi - FOTO
Məşhur "Qara Ürək" (Siyah Kalp) serialının çəkiliş meydançasında gərgin anlar yaşanıb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kapadokyada çəkiliş zamanı aktyorlar arasında dava düşüb.

İddiaya görə, serialda "Samet" obrazını canlandıran Burak Sergen məşq etdiyi vaxt Esra Dermancıoğlu ("Hikmət" obrazı) və Bülent Polat ("Bünyamin" obrazı) öz aralarında danışıb gülüşüblər. Bu vəziyyət Burak Sergeni qəzəbləndirib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə qısa müddətdə böyüyüb və Burak Sergenin Bülent Polata hücum etməsi ilə nəticələnib.

Hadisə yerindəki digər şəxslərin müdaxiləsi ilə dava dayandırılıb və çəkilişlər müvəqqəti olaraq saxlanılıb.

Serial komandasının bu qalmaqalı necə həll edəcəyi maraqla gözlənilir.