"Çələkən" nefti BTC ilə nəql oluna bilər

Türkmənistandakı "Çələkən" yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql oluna bilər.

Türkmənistandakı "Çələkən" yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql oluna bilər.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə "Dragon Oil GOTECH" şirkətinin kəşfiyyat və hasilat üzrə idarəedici direktoru, baş direktoru, direktorlar şurasının sədri Əli Rəşid Əl Carvan deyib.

"Türkmənistandakı "Çələkən" yatağından hasil olunan neft Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql etmək üçün potensial imkan var. BTC neft nəqli üçün yaxşı aktivdir. Bunu BTC vasitəsilə etmək imkanı yaxşı fikirdir. Yəni bu mümkündür", - o deyib.

Qeyd edək ki, hazırda BTC boru kəməri ilə əsasən "Azəri-Çıraq-Günəşli" yatağından xam neft və "Şahdəniz" yatağından kondensat nəql olunur. Bundan başqa, BTC vasitəsilə Qazaxıstan və Türkmənistandan daneft və kondensat həcmləri nəql olunur.